Azaliya sərini sevir. Aşağı hava temperaturu bitkinin yaxşı çiçəklənməsini stimullaşdırır və hətta çiçəklənmə zamanı temperaturu biraz daha aşaı saldıqda bitkinin çiçəkləri daha uzun ömürlü olur. Gülçülər bunu etmək üçün müxtəlif yollardan istifadə edir. Məsələm, dibçəyə buz yerləşdirmək, soyuq su ilə sulamaq, üzərinə su sərpmək və s.. Otağın hərarəti çox olarsa orda bitkinin çiçəklənməsi mümkün deyildir. Azaliya gülü rütübətli şərait gülü olduğundan, onun torpağı həmişə nəm olmalıdır, yaş yox! Aşağı temperaturda sulama azaldılır və bitkiyə su sərpilmir, yuxarı temperaturda isə tam əksi olmalıdır. Əgər torpağı quru olarsa, dərhal onun nəmliyi üçün tədbirlər görülməlidir. Bunun üçün bitkinin dibçəyini 3-4 saat (bundan çox olmamalı) su dolu qabda saxlamalı. Bundan sonra dəvamlı sulama 2-3 gündən bir həyata keçirilməlidir. Bitkinin sulanması üçün ən uyğun su yağış suyu, ərimiş su və distillə edilmiş su hesab edilir. Əgər yeni su istifadə olunursa o zaman yaxşıca gözlədilməli və ya qaynadılmalıdır. Bitkiyə həmçinin qaynadılmış su ilə su sərpmək gərəkdir.
- Çatdırılma
-
- Ekspress çatdırılma (1 saata qədər)
- Kuryer ilə çatdırılma
- Yerindən götürmə
- Ödəniş
-
- Məhsulu alarkən nağd
- Plastik kartla
- Bank köçürməsi ilə
Похожие товары
20 AZN
Azaliya
20 AZN
Hal hazırda mövcuddur
Müqayisəni əlavə et
Otaq bitkisi olan azaliya çox dekorativ və gülçülərin sevdiyi bir bitkidir. Bu bitkini sadəcə gözəl görünüşünə görə deyil, həmçinin qış aylarında çiçəkləndiyi üçün sevirlər. Çünkü bütün otaq bitkiləri qış aylarında istirahət etməyə, güllərini tökməyə başladığından insanın gözü rəng-a-rənglik axtarır və bu zaman azaliya bizim köməyimizə gəlir. Buna görədə bitkiyə qış aylarında hədiyyə olaraq daha çox üstünlük verirlər.
Təsviri
rəylər
Ваш комментарий будет опубликован после модерации администратором
Salam.Bu hava şəraitində azaliyanı açıq balkonda saxlamaq olar?Bir neçə yerdən oxudum hər tərəfdə bir temperatur yazılmışdı.
mende var ag rengi cox sevirem bugulu halhazirda ustunde tumurcuqlari var daha dogrudu ciceyide vardi mende balkondadi ora serindi getirdim otaga ciceyini duwurdu yeqinki isti olub Azaliya saxlayanlara 1 weyide qeyd edimki onlar turw suyu sevirler men ara sira suya limon damladib tokurem sizede meslehetdi
Siz azaliyanı açıq balkonda saxlayırsınız?Təzə almışam azaliyanı otağın temperaturu azaliya üçün istidir çöldə də qorxuram məhv olar